Paşinyan Lələtəpədən danışdı ... - “Bu qərarı mən verməmişəm...”

A- A A+

Aprelin 14-də Ermənistan parlamentində hökumətin 2020-ci ildəki fəaliyyətilə bağlı hesabat verən Baş nazir Nikol Paşinyana 44 günlük müharibədə həyata keçirilən uğursuz əməliyyatlar barədə suallar verilib.

NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadla xəbər verir ki, müstəqil deputat Taqui Tovmasyan Paşinyandan Lələtəpə yüksəkliyinə hücum əmrinin kim tərəfindən verildiyinə aydınlıq gətirməsini istəyib.

Paşinyan cavabında bu uğursuz əməliyyata görə məsuliyyəti ordu rəhbərliyinin və adını çəkmədiyi bir generalın üzərinə atlb: “Deyirlər ki, bu qərarı guya mən vermişəm. Bu, tam cəfəngiyyatdır. Bu təklifin və keçirilən əməliyyatın müəllifi bir general olub. Onun fikrincə, belə bir əməliyyat bizim üçün məqbul idi. Bu təklif generallar tərəfindən müzakirə edildi və onlar tərəfindən qərar qəbul olundu. Mən bu müzakirələrə moderatorluq etdim və ümumiyyətlə fikir bildirmədim”.

Ehtimal olunur ki, Paşinyanın dediyi general sabiq Baş Qərargah rəisi Onik Qasparyan, ya da onun çevrəsindən olan başqa bir şəxsdir.

Erməni mətbuatı isə bu məsələ ilə bağlı yazır ki, Lələtəpə yüksəkliyinin Azərbaycan Ordusundan geri alınmasını Paşinyanın arvadı Anna Akopyan tələb edib. Və indiyə qədər bu barədə yayılan xəbərlər təkzib olunmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: