Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri başa çatıb - FOTOLAR
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına işgüzar səfəri aprelin 14-də başa çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.