Türkiyə Prezidenti bu gün Özbəkistana gedəcək

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Özbəkistana dövlət səfərinə yola düşəcək.

NUHÇIXAN Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, səfər aprelin 29-dan mayın 1-dək davam edəcək. Bu münasibətlə Daşkənd küçələri Türkiyə və Özbəkistanın dövlət bayraqları, rəngbərəng pannolarla bəzədilib.

Rəcəb Tayyib Ərdoğan səfəri çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə danışıqlar aparacaq, bu ölkənin parlamentində çıxış edəcək, həmçinin Özbəkistan-Türkiyə işgüzar forumuna qatılacaq.

Bu, 18 illik aradan sonra Türkiyə prezidentinin Daşkəndə ilk rəsmi ziyarətidir. Türkiyənin 10-cu Prezidenti Əhməd Necdət Sezər Daşkəndə 2000-ci ildə dövlət səfəri etmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: