Rusiya prezidenti Vladimir Putinlə Belarus prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.
Qeyd olunub ki, söhbət əsnasında prezidentlər Qarabağ məsələsini də müzakirə edib: "Belarus prezidentinin Azərbaycana səfəri kontekstində Qarabağ məsələsi müzakirə olunub".
Bundan başqa, V.Putin və A.Lukaşenko ikitərəfli münasibətləri müzakirə ediblər.