Almaniya nəşri Azərbaycana “İsgəndər M” raketlərinin atılması barədə yazıb

A- A A+

Almaniyanın “Sudkaukasus.de” nəşrində Cənubi Qafqaz ölkələri ilə bağlı yazılara üstünlük verilir. Bu günlərdə həmin nəşrdə 2020-ci il Vətən müharibəsi günlərində Azərbaycana “İsgəndər M” ballistik raketləri ilə zərbə endirilməsi barədə material dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müəllifi Kristian Fişer olan məqalədə bu qorxulu silahın həm ixrac üçün, həm də daxildə tətbiq edilmək üçün nəzərdə tutulan versiyalarının texniki xarakteristikaları barədə məlumat verilir. Məqalənin müəllifi bildirir ki, Şuşada, bir-birindən 780 metr məsafədə iki raket qalıqları aşkar edilib. ANAMA agentliyi tərəfindən aşkar edilmiş raket qalıqlarının üzərindəki “9M723” eyniləşdirmə nişanı qətiyyətlə belə deməyə əsas verir ki, bu qalıqlar ixrac edilməli olmayan “İsgəndər M” raketinə mənsubdur.

Müəllifin sözlərinə görə, bu tapıntının doğurduğu suallar cavabsız qalmamalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: