Bəhreyn qəzetində Prezident İlham Əliyevin İƏT-in Baş katibi ilə görüşü haqqında məqalə dərc olunub

A- A A+

Bəhreynin “The Daily Tribune–News of Bahrain” qəzetində Azərbaycan Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osayminlə görüşü haqqında məqalə dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti görüşdə erməni işğalçılarının 30 il ərzində ərazilərimizdə bütün infrastruktur obyektlərini məhv etdiyini, tarixi abidələri, məscidləri və qəbiristanlıqları dağıtdıqlarını deyib. O əlavə edib ki, 44 günlük müharibə işğala son qoydu.

Məqalədə vurğulanıb ki, Prezident İlham Əliyev ermənilərin məhv etdiyi İslam irsi abidələrinin bərpasının vaxtının gəldiyini də diqqətə çatdırıb. Dövlət başçısı bunun zaman alacağını, indi ərazilərin minalardan təmizləndiyini söyləyərək bildirib ki, ermənilər minalanmış ərazilərin xəritələrini verməkdən imtina edirlər, bunun nəticəsində mülki insanlar və hərbçilər arasında itkilər var. Ermənistanın bu hərəkətinin daha bir müharibə cinayəti olduğunu vurğulayan Prezident İlham Əliyev əlavə edib ki, buna baxmayaraq, Azərbaycan işğaldan azad olunmuş torpaqlarda bərpa-quruculuq işlərini davam etdirir. Azərbaycan Prezidenti, həmçinin İslam dövlətlərini dağıdılmış ərazilərdə vəziyyətlə tanış olmağa və bərpa işlərində iştirak etməyə çağırıb.

Məqalə vurğulanıb ki, İƏT-in Baş katibi Azərbaycanın qazandığı böyük Qələbənin, eyni zamanda İslam aləminin Zəfəri olduğunu deyib. O, rəhbərlik etdiyi təşkilatın işğalda azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə dəstək verəcəyini söyləyib, Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsini müharibə cinayəti adlandırıb.

Yazıda Prezident İlham Əliyevin Azərbaycanla İƏT arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfəyə görə Yusif bin Əhməd Əl-Osayminə “Dostluq” ordeni təqdim etdiyi də qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: