Azərbaycan XİN: Ermənistan yenə də tarixlə mifologiyanı qarışıq salır

A- A A+

Ermənistan Xarici İşlər Nazirliyinin nümayiş etdirdiyi yanaşma heç bir təəccüb doğurmur, çünki bu əsassız iddialar ənənəvi olaraq rəsmi Yerevan tərəfindən səsləndirilir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hər zaman olduğu kimi, eşitdiklərini fərqli şəkildə yozmaqla məşğuldur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva KİV-in Ermənistan XİN-in nümayəndəsinin Azərbaycan Respublikasının Prezidentinin fikirlərinə şərhi ilə bağlı sualını cavablandırarkən bildirib.

Leyla Abdullayeva deyib: “Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistan, Azərbaycan rəsmiləri tərəfindən səsləndirilən fikirlərdə də bu kimi məqamlar axtarmağa çalışır.

Məlum olduğu kimi, məhz Ermənistan beynəlxalq hüququn dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsiplərinin əleyhinə çıxış edərək uzun illər ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirib. Əksinə, Azərbaycan beynəlxalq hüququn sözügedən prinsipləri əsasında ikitərəfli münasibətlərin normallaşdırılmasının tərəfdarıdır və hər zaman bu mövqedən çıxış edib.

Tarixi özlərinin güclü tərəfi kimi qələmə verməyə çalışan Ermənistan yenə də tarixlə mifologiyanı qarışıq salır. Elə bu səbəbdən də illərdir ki, erməni xalqını bu yalanların və miflərin girovuna çeviriblər.
Rəsmi Yerevan bu həqiqəti nə qədər tez anlayarsa, erməni xalqı bir o qədər tez bölgədə dayanıqlı sülh və təhlükəsizlikdən faydalana bilər”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: