Özbəkistan portalı ADA Universitetində keçirilən beynəlxalq konfrans haqqında məqalə yayıb

A- A A+

Özbəkistanın “interpress.uz” portalında Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışında söylədiyi fikirlərə dair məqalə dərc edilib.

NUHÇIXAN İnformasiya Agentliyinə istinadla yayılan materialda bildirilir ki, Prezident İlham Əliyev çıxışında və xarici ekspertlərin suallarını cavablandırarkən 44 günlük Vətən müharibəsi, Azərbaycanın Qələbəsi, Ermənistanın “İsgəndər-M” raketindən istifadə etməsinin hərbi cinayət olması, Ermənistanın Birinci Qarabağ müharibəsində törətdiyi bir çox cinayətləri gizlətməsi, Qarabağın Azərbaycan iqtisadiyyatında, eləcə də nəqliyyat sektorunda mühüm yerlərdən birini tutması və digər məsələlər haqqında ətraflı məlumat verib.

Yazıda Azərbaycan Prezidentindən gətirilən sitatda deyilir: “Biz torpaqları azad edəndən sonra orada 100 milyonlarla dollar hesabına başa gəlmiş nəhəng istehkamlar, minalanmış sahələr və müdafiə sədlərinin qurulduğunun şahidi olduq. Aydındır ki, onlar bunu torpaqlarımızı əbədi işğal altında saxlamaq üçün etmişlər”.

Bildirilib ki, Azərbaycan Prezidenti işğaldan azad olunan ərazilərdəki dağıntıların Birinci Qarabağ müharibəsindən sonra törədildiyini qeyd edib. Vurğulayıb ki, ermənilər bunu Azərbaycan mədəniyyətinin irsini, həmçinin bu əraziləri bizim yaddaşlarımızdan silmək üçün, bu ərazilərin mənşəyini dəyişmək üçün bilərəkdən törədiblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: