Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir - FOTOLAR

A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışı Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, DHA və İHA xəbər agentlikləri, “Haber Global”, “Haber türk” telekanalları, “Sabah”, “Hürriyet” və digər qəzetlər dövlətimizin başçısının mövzu ətrafındakı çıxışı, iştirakçıların suallarını ətraflı cavablandırması barədə türkdilli ictimaiyyətə müfəssəl məlumat veriblər.

Xəbərlərdə 44 günlük Vətən müharibəsində Ordumuzun rəşadəti, Azərbaycanın qazandığı tarixi hərbi Qələbə, təcavüzkar tərəfin biabırçı məğlubiyyəti və xalqımıza qarşı törətdiyi cinayətlər, torpaqlarımızın düşməndən azad edilməsinin regionda yaratdığı yeni siyasi vəziyyət, işğaldan azad edilən ərazilərin bərpası və digər məsələlər tam şəkildə əksini tapıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev mövcud vəziyyəti tam açıq və aydın formada təqdim edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: