"BMT Dağlıq Qarabağın minalardan təmizlənməsində iştirakla bağlı Rusiyanın təklifinə cavab verməyib".
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu "Zvezda" telekanalında yayımlanan filmdə bildirib.
"Noyabrda bütün bunlar baş verəndə, biz BMT-nin mina əleyhinə mərkəzinə gəlmələrini söylədik. Orada hər yer uzununa-eninə minalanıb. Ora insanlar qayıda bilmirlər. Kimsə gəldi? Hələlik heç kəs", - deyə Rusiyanın müdafiə naziri vurğulayıb.