Erməni hərbi ekspert: “İlham Əliyev öz hesablamalarında yanılmadı”

A- A A+

Bir neçə gün öncə Nikol Paşinyan Ermənistan parlamentində son müharibənin səbəblərindən danışaraq bildirib: “Müharibənin ən böyük tətiyi Ermənistanda baş verən dərin məzmun və sistem dəyişikləri olub. Ermənistanda tənəzzülün davam etdiyini görsəydilər, yenə gözləyərdilər, müharibə etməzdilər, çünki tənəzzül davam etdiyi müddətcə daha asan olardı”

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, erməni hərbi ekspert Vitali Manqasaryan Paşinyanın bu bəyanatını absurd hesab edib.

“Çətin ki, kimsə daha absurd şərh verə bilərdi. Azərbaycan hansısa bir anda zərbə vuracaqdı, hamı bununla razıdır, bütün sual o idi ki, konkret olaraq nə zaman? Ümumi olaraq isə hər şey olduqca aydın idi: Azərbaycan məhz öz dövlətinin gücünü ən yüksək, rəqibin, bu halda bizim dövlətimizin gücünü ən aşağı olaraq qiymətləndirdiyi anda zərbə vuracaqdı”, - deyə Manqasaryan qeyd edib.

O bildirib ki, İlham Əliyev öz hesablamalarında yanılmayıb: “Təəssüf ki, İlham Əliyev öz hesablamalarında yanılmadı”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: