Ərəb KİV-lərində Hərbi Qənimətlər Parkı haqqında məqalə dərc olunub

A- A A+

Misirin “Asiaelyom” informasiya agentliyinin saytında və “Əl Hərir” portalında jurnalist Əhməd Sami Əl-Əydinin “Azərbaycanın Qələbəsi və Hərbi Qənimətlər Parkı” sərlövhəli geniş məqaləsi dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Hərbi Qənimətlər Parkının açılışındakı çıxışının əsas məqamları təhlil olunub. Müəllif yazıb ki, Azərbaycan Prezidenti 30 ilə yaxın “dondurulmuş” qalan Qarabağ münaqişəsinin ötən ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Qələbəsi sayəsində beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həll edildiyini bildirib.

Məqalədə qeyd edilib ki, Azərbaycan Ordusu həm də bütün İslam aləmi üçün müharibələr tarixinə şanlı salnamə yazıb. Heç şübhəsiz ki, Azərbaycan xalqının bu Qələbəyə sevinmək üçün mənəvi haqqı var və Prezident İlham Əliyevin açılışını etdiyi Hərbi Qənimətlər Parkı bunun təzahürüdür.

Hərbi Qənimətlər Parkında nümayiş etdirilən qənimətlər haqqında ətraflı məlumat verən müəllif diqqətə çatdırıb ki, işğalçı Ermənistan ötən illər ərzində Azərbaycanın şəhər və kəndlərini, tarixi mədəniyyət abidələrini, infrastrukturunu dağıdıb, məscidlərdə vandallıq edərək, bütün dünya müsəlmanlarını təhqir edib. O vurğulayıb ki, Hərbi Qənimətlər Parkının analoqu alman faşizmi üzərində qələbəni əbədiləşdirmək istəyən Rusiya və Polşada da mövcuddur.

Məqalədə, həmçinin Parkın yaradılmasını tənqid edənlərə Fransada soyqırımına məruz qalmış 18 min əlcəzairlinin kəlləsinin sərgiləndiyi muzeyə nəzər salmaq tövsiyə olunub. Hərbi Qənimətlər Parkının yaradılmasının şəhidlərinə ehtiram göstərən və məcburi köçkünlərinin hüquqlarını bərpa edən Azərbaycan xalqının haqqı olduğu vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: