Serbiya nəşri Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsindən yazır

A- A A+

Serbiyanın “Danas” nəşrində Ermənistanın Qarabağdakı minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməsindən bəhs edən məqalə dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Yerevanın hərəkətlərinin beynəlxalq humanitar hüquqa və ötən ilin noyabrında əldə edilmiş atəşkəsin ruhuna zidd olduğu qeyd edilir. Məqalədə işğalın müxtəlif illərində basdırılmış piyadalar əleyhinə və tank əleyhinə minaların partlaması nəticəsində çox sayda mülki və hərbi şəxsin, o cümlədən istehkamçıların həlak olduğu bildirilir. Nəşrin yazdığına görə, minalanmış ərazilərin xəritələri verilmədən minaların təmizlənməsi prosesi 10 ilə qədər davam edə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: