David Sassoli Avropa Şurasını Qarabağ probleminin həllinə səy göstərmədiyinə görə tənqid edib

A- A A+

"Ötən il Dağlıq Qarabağda baş verənlər "dondurulmuş" münaqişənin olmadığını bizlərə xatırlatdı. Biz sülhün yaradılması üçün bütün səylərimizi səfərbər etməliyik".

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Avropa parlamentinin prezidenti David Sassoli Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ötən il Avropa Şurasının iki üzv dövləti arasında müharibə oldu: "Hər iki ölkə böyük itkilərə məruz qaldı. Bu bizə xatırlatdı ki, heç bir "münaqişə dondurulmuş" qala bilməz. Biz bu halların baş verməməsi üçün sülh naminə bütün səylərimizi səfərbər etməliyik".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: