Tiqran Danielyan: “Azərbaycan Silahlı Qüvvələri bütün topları sıradan çıxarıb”

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, daha bir erməni hərbçisi – 23 yaşlı Tiqran Danielyan erməni KİV-lərinə müsahibəsində bildirib ki, onun üçün Qarabağdakı 44 günlük müharibə oktyabrın 21-də başa çatıb. Belə ki, həmin vaxt Azərbaycan PUA-ları sonuncu erməni topunu məhv etdiyi anda. O, qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri ermənilərin toplarını bütünlüklə sıradan çıxarıb.

“Biz sonuncu bazaya bir top və 25 hərbçi ilə çatdıq. Oktyabrın 21-də sonuncu topa zərbə endirildiyi vaxt daha 7 nəfər həlak oldu, yerdə isə yalnız 9 nəfər qaldı. Biz alay komandirinin müavini ilə görüşdük və o bizə dedi ki, faktiki olaraq hərbi əməliyyatlarda iştirak etmək gücündə deyilik, texnikalar dağıdılıb, komandir yaralanıb, onun müavini isə öldürülüb”,- deyən Tiqran sonda bildirib ki, bundan sonra onları kəndə aparıblar və orada da onlar kimi hərbi texnikaları məhv edilmiş əsgərlər var idi. “Onların arasında elələri də var idi ki, onlar ağır psixoloji vəziyyətdə idilər”,- Danielyan bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: