Qarabağın quldur rejiminin başçısı Araik Arutyunyanın Moskvaya getməsi barədə məlumatlar öz təsdiqini tapmaqdadır. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə erməni teleqram kanalları yazır. Bildirilir ki, Araik Rusiyanın paytaxtına arvadı ilə birlikdə gedib. Məqsəd Rusiyada geriçəkilmə mövqeyi tutmaq və bu ölkədə sığınacaq tapmaqdan ibarətdir. “Arutyunyan yaxşı bilir ki, “atası” Paşinyan hakimiyyətdən gedərsə, onun həyatı Qarabağda bir qara quruşa da dəyməyəcək”,- deyə məlumatda bildirilir.