Aleksey Overçuk: Üçtərəfli işçi qrupunun üzvləri daim əlaqədədirlər

A- A A+

Azərbaycan, Rusiya və Ermənistanın baş nazirləri müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupunun üzvləri daim əlaqədədirlər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bu barədə jurnalistlərə əcnəbilərin RF-yə girişi üçün nəzərdə tutulan “COVID-19-suz səyahət” adlı mobil əlavənin təqdimatında bildirib.

O deyib: “Biz daim əlaqədəyik”.

Xatırladaq ki, bu il yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan regionda nəqliyyat və iqtisadi əlaqələrin nizama salınması üçün işçi qrupunun yaradılması barədə razılığa gəliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: