Türkiyə XİN: ermənilərin törətdikləri terror aktlarında şəhid olan diplomatlarımızı unutmayacağıq

A- A A+

Türkiyə Xarici İşlər Nazirliyi erməni terror təşkilatları tərəfindən amansızcasına qətlə yetirilən türkiyəli diplomatların xatirəsini ehtiramla yad edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə nazirliyin hazırladığı xüsusi məzmunlu infoqrafika XİN-in “Twitter” sosial şəbəkə hesabından paylaşılıb. Türkiyənin dövlət bayrağının fonunda hazırlanmış materialda yazılır: erməni terror aktlarında şəhid olan diplomatlarımızı unutmadıq, unutmayacağıq!

Al qırmız rəngdə əksini tapan aypara və ulduzun içində 31 şəhid türk diplomatının fotoları yerləşdirilib, bayrağın üzərində isə ad və soyadları yazılıb.

Xatırladaq ki, erməni terror təşkilatlarının 1970-ci ildən indiyədək xaricdə yaşayan türklərə qarşı törətdikləri terror aktları nəticəsində 31-i diplomat və onların ailə üzvləri olmaqla, ümumilikdə 58 Türkiyə vətəndaşı qətlə yetirilib. Bu cinayətləri törədən erməni terrorçularının bəziləri tapılmayıb. Qanlı cinayətlər törətdiklərinə görə həbs olunanların bir qısmi isə ikili standartlar çərçivəsində qanunsuz olaraq, əsaslandırılmamış şəkildə azadlığa buraxılıb. Həmin terrorçulardan əksəriyyəti Ermənistan dövləti tərəfindən qəhrəmanlaşdırılıb. İşğalçı niyyətli ölkədə həmin terrorçulara abidə ucaldılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: