ABŞ Prezidenti Co Bayden 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırıb

A- A A+

Aprelin 24-də ABŞ Prezidenti Co Bayden 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Baydenə qədər ABŞ-ın dövlət başçısı postunda olan sələfləri bu termini işlətməkdən çəkinib.

Osmanlı dövründəki “erməni soyqırımı” zamanı ölənlərin hamısının xatirəsini yad etdiyini bildirən Bayden 1915-1921 hadisələri zamanı Anadoluda və Qafqazda qətlə yetirilmiş yüz minlərlə türk və azərbaycanlı haqqında heç bir söz deməyib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu buna sərt münasibət bildirib. O deyib ki, Türkiyə ABŞ Prezidentinin populizmə söykənən açıqlamasını tamamilə rədd edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: