ABŞ Prezidenti Baydenin populizmə söykənən açıqlamasını tamamilə rədd edirik.
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu sözləri Baydenin sözdə soyqırımı ifadəsinə münasibət bildirərkən söyləyib.
Mövlud Çavuşoğlu deyib: “Sözcüklər tarixi dəyişdirə bilməz. Tariximiz haqqında heç kimdən dərs alacaq deyilik”.