Qarabağda Rusiya sülhməramlıları ermənilərin basdırdığı minaya düşüb

A- A A+

Rusiyanın iki sülhməramlısı Qarabağda yaralanıb.

NUHÇIXAN İnformasiya Agentliyi "Lentaru"ya istinadən xəbər verir ki, bu barədə "Hərbi müşahidəçi" Telegram kanalı məlumat yayıb.

Qeyd edilir ki, sülhməramlılar onları daşıyan "Ural" markalı avtomobilin minaya düşməsi nəticəsində yaralanıblar. Hadisə hələlik rəsmən təsdiqlənməyib.

Qeyd edək ki, Qarabağda hərbi əməliyyatlar 2020-ci ilin 10 noyabrında Azərbaycan Ordusunun 44 günlük müharibədəki parlaq qələbəsindən sonra dayanıb. Belə ki, Ermənistan hakimiyyəti öz ordusunun ardıcıl məğlubiyyətindən sonra noyabrın 10-da Qarabağ bəyanatını imzalamağa məcbur olub. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları bəyanata əsasən ikinci Qarabağ müharibəsi başa çatıb və döyüşlər dayandırılıb. Lakin müharibənin başa çatmasından 5 aydan çox vaxt keçməsinə baxmayaraq, Ermənistan razılaşmanın müddəalarını kobud şəkildə pozaraq, minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina edir.

Xatırladaq ki, bu, Rusiya hərbçilərinin Qarabağda ermənilərin basdırdığı minaya düşmələri ilə bağlı ilk hadisə deyil.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: