Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında taktiki-xüsusi təlim keçirilib - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının minaatan bölmələri ilə döyüş atışlı taktiki-xüsusi təlim keçirilib.

Minaatan bölmələri  “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Ərazinin vizual kəşfi aparıldıqdan sonra atəş mövqelərini tutan bölmələr minaatan qurğularından döyüş atışlarını yerinə yetiriblər. Yerdəyişmə edərək planlı və plandan kənar hədəfləri məhv edən heyətlər qarşıya qoyulmuş məqsədlərə nail olublar.

Kənan Cəlilov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: