“Müharibə nəticəsində əkinə yararlı torpaqların 75%-i, otlaq sahələrinin 85%-i, bağ sahələrinin böyük hissəsi və suvarılan torpaqların 90%-ə qədəri itirilib”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Dağlıq Qarabağın sülhməramlıların nəzarəti altında olan hissəsində qalan seperatçıların nümayəndəsi Qriqori Martirosyan söyləyib.
Martirosyan 44 günlük müharibəsən sonra bölgədə iribuynuzlu heyvanların sayının yarıya qədər azaldığını, elektrik enerjisi stansiyalarının əksəriyyətinin azad edilmiş ərazilərə düşdüyünü deyib.
“İmkanlar var, amma çox cüzidir. İtkilərimiz çox böyükdür”,-deyə Martirosyan ərazidə hər hansı inkişafın mümkün olmadığını əlavə edib.