Mustafa Şentop: Ermənistan istər Azərbaycan, istərsə də region üçün təhdiddir

A- A A+

Türkiyə Ermənistanın istər Azərbaycan, istərsə də region üçün təhdid, risklər yaradan, məsuliyyətsiz hərəkətlər edən dövlət olması qənaətindədir.

NUHÇIXAN İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ifadə edib.

Türkiyə Parlamentinin sədri təcavüzkar Ermənistanın mövcudluğunu belə dəyərləndirib: “Beynəlxalq hüquqa və təşkilatlara görə, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi həqiqət idi. Türkiyənin Azərbaycanın yanında yer alması, dost və qardaşlıqdan başqa, həm də Azərbaycanın haqlı olması ilə əlaqədardır və bölgədə sülh üçün təhdid yaradan bir ünsür qarşısında qətiyyətli mövqedir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: