Türkiyə mediası: Prezident İlham Əliyev qondarma “erməni soyqırımı” bəyanatı ilə əlaqədar ABŞ-a etirazını bildirib - FOTOLAR

A- A A+

Aprelin 28-də ABŞ-ın dövlət katibi Entoni Blinkenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etməsi Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə mediası sözügedən telefon danışığında müzakirə olunan məsələləri türkdilli ictimaiyyətə ayrı-ayrı tezislər şəklində manşet materialı kimi təqdim edib.

Anadolu, İHA xəbər agentlikləri, “TRT haber”, “TRT Avaz”, “Haber türk”, “A haber”, “Haber global” telekanalları, “Hürriyyət” “Sabah”, “Akşam”, “Star”, “Milli gazete” və digər qəzetlər daxil olmaqla ölkənin aparıcı media quruluşları tərəfindən sürətlə yayılan məlumatda vurğulanır ki, dövlətimizin başçısı İlham Əliyev bu günlərdə ABŞ Prezidentinin saxta “erməni soyqırımı” ilə bağlı bəyanatının Azərbaycan rəhbərliyi və ictimaiyyətində narahatlıq yaratdığını dövlət katibinin diqqətinə çatdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: