Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib. O deyib ki, S.Lavrovun mayın 10-11-də Bakıya işgüzar səfəri nəzərdə tutulub.
M.Zaxarova, həmçinin Rusiya XİN-in başçısının mayın 5-6-da İrəvana da işgüzar səfər edəcəyini bildirib.