Əgər müharibənin nəticələri kapitulyatorlara oktyabrın əvvəlində bəlli idisə, o zaman niyə 44 gün qələbə çalacağıq deyə qışqırdınız?
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ermənistan Respublika partiyasının mətbuat katibi, sabiq vitse-spiker Eduard Şarmazanov deyib.
Qarabağ separatçılarına rəhbərlik edən Araik Arutyunyanın müharibənin nəticələrinin hələ oktyabrın əvvəlində məlum olmasına dair açıqlamasına münasibət bildirən Şarmazanov əlavə edib: “Sizin üçün daha vacib olan nə idi - siyasi qüvvələrin reaksiyası, yoxsa övladlarımızın həyatı?”.
Şarmazanov vurğulayıb ki, oktyabrın 12-də Nikol Paşinyana müharibəni dayandırmaq istəyi ilə Rusiya Prezidenti Vladimir Putinə müraciət etmək təklifini irəli sürüb.
Bundan əvvəl, Arutyunyan şəxsən onun üçün müharibənin nəticələrinin 2020-ci ilin oktyabr ayının əvvəllərində məlum olduğunu, ancaq Ermənistandakı siyasi qüvvələrin hərbi əməliyyatların erkən dayandırılması ilə bağlı vahid fikrə gələ bilmədiklərini söyləyib.