Ermənistan parlamenti Paşinyanın baş nazir seçilməsinə səs verməyib

A- A A+

Ermənistan parlamentinin deputatları bu gün keçirilən xüsusi iclasda Nazirlər Kabinetinin rəhbəri vəzifəsini icra edən Nikol Paşinyanın ölkədə növbədənkənar parlament seçkisi keçirmək üçün respublikanın baş naziri vəzifəsinə namizədliyinə səs verməyiblər.

NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, Ermənistan qanunverici orqanının xüsusi iclası yerli telekanallar tərəfindən canlı yayımlanıb.

“Paşinyanın baş nazir seçilməsinin lehinə 1 deputat səs verib, 3 nəfər bunun əleyhinə çıxıb, 75 nəfər isə bitərəf qalıb. Paşinyan baş nazir seçilməyib”, - parlamentin sədri Ararat Mirzoyan bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: