Bəhreyn qəzeti ulu öndər Heydər Əliyevə həsr edilmiş məqalə yayıb

A- A A+

Bəhreyn Krallığının “The Daily Tribune – News of Bahrain” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin xalqımızın ümummilli lideri Heydər Əliyevin 98-ci ildönümünə həsr etdiyi geniş məqaləsi dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalə “tarixdə iz qoyan liderlər var, lakin elə şəxsiyyətlər var ki, onlar tarixi yaradır” sözləri ilə başlayır. Müəllif yazır ki, Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi kimi dövrünün əfsanəsinə çevrilib. O, tarixdə nadir şəxsiyyət, güclü dövlət başçısı, dövlət quruculuğu sahəsində taleyüklü bir dövrdə bütün məsuliyyəti öz üzərinə götürən Lider kimi qalıb.

Məqalədə Ulu Öndərin zəngin siyasi fəaliyyətinin müxtəlif dövrləri, ötən əsrin 90-cı illərinin başlanğıcında xaosa sürüklənən Azərbaycanı uçurumdan xilas etməsi barədə məlumat verilir. Müəllif vurğulayır ki, 1994-cü ildə təcavüzkar Ermənistanla atəşkəsə nail olduqdan sonra başlanan ordu quruculuğu Azərbaycan torpaqlarının işğaldan azad olunmasının əsasını qoydu. Məhz Heydər Əliyevin müdrik siyasəti nəticəsində iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilən gənc Azərbaycan Respublikası qısa zamanda dünya birliyinin nüfuzlu üzvlərindən birinə çevrildi.

Məqalədə 1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi”, həyata keçirilən nəhəng neft-qaz və kommunikasiya layihələri barədə də ətraflı məlumat verilir.

Eyni zamanda, müəllif yazır ki, Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin əsası öz xalqının vahid ideya ətrafında birləşməsi və dünyada öz layiqli yerini tutması idi. Bu gün Prezident İlham Əliyev onun ideya və müdrik siyasətini uğurla davam etdirir. Məhz bunun sayəsində Azərbaycan sürətlə inkişaf edir və özünün beynəlxalq nüfuzunu artırır. Bu düşünülmüş siyasətin nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: