Ermənistanda keçmiş hərbçi casusluqda ittiham olunur.
NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Artur Davtyan deyib.
O bildirib ki, məsələ ilə bağlı cinayət işi başa çatıb və iş baxılması üçün məhkəməyə göndərilib.
Casusluqda ittiham olunan hərbçinin rütbəsi və vəzifəsi açıqlanmayıb.