Türkiyə Prezidentinin ötənilki fəaliyyətinə həsr olunan kitabda Azərbaycanla münasibətlərə geniş yer verilib

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildəki fəaliyyətinə həsr olunan “Eşqinə doğru yüyürən yorulmaz” kitabı nəşr olunub. Kitabda Türkiyə-Azərbaycan münasibətlərinə geniş yer verilib. Nəşrdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəsindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri, rəsmi qarşılanma, Bakıda keçirilən Zəfər paradında iştirak, Fəxri xiyabanında ümummilli lider Heydər Əliyevin məzarını ziyarət, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın paytaxtımızda birgə mətbuat konfransı keçirmələri ilə bağlı foto və materiallar ictimaiyyətə təqdim olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən hazırlanan nəşrdə Rəcəb Tayyib Ərdoğanın ötənilki fəaliyyətinin bütün istiqamətləri əks olunub.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun sosial şəbəkə hesabında mövzu ilə bağlı paylaşımında yazıb: “Şükürlər olsun ki, hər gün, hər saat ölkəsinə xidmət edən, əsərlər və dəyərlər yaradan Prezidentimiz var. Prezident Rəcəb Tayyib Ərdoğanın millətə xidmət sevdasının ötənilki hissəsini “Eşqinə doğru yüyürən yorulmaz” kitabında bir araya gətirdik.”

PDF formatda təqdim olunan kitab haqqında yığcam videomaterial da hazırlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: