Gənc sərhədçilər and içiblər - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib.                                        

Mərasimə hazırlıq barədə raport verildikdən sonra diviziyanın döyüş bayrağı sıra meydanına gətirilib.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının qərargah rəisi, polkovnik Muxtar Həmzəyev hərbi hissənin şəxsi heyətini təbrik edərək bildirib ki, son illər həyata keçirilən ardıcıl tədbirlər nəticəsində “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının maddi-texniki bazası xeyli möhkəmləndirilib, sərhəd zastavaları müasir texnika, avadanlıq və ləvazimatlarla təmin olunub, yeni sərhəd infrastrukturu yaradılıb. Bütün bunlar muxtar respublika sərhədlərinin etibarlı şəkildə qorunmasına təminat verir.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində sərhədçilərimiz də qəhrəmanlıq nümayiş etdirib, bir neçə yaşayış məntəqəsinin azad edilməsində rəşadət göstərib. Vurğulanıb ki, bu gün dövlət sərhədlərimizin bütövlüyünün bərpa edilməsi, işğaldan azad olunan ərazilərimizdə üçrəngli Dövlət bayrağımızın ucaldılması uğrunda müqəddəs Vətən müharibəsinin iştirakçısı olan hər bir Azərbaycan sərhədçisi Ali Baş Komandanımızın rəhbərliyi ilə əldə olunan şanlı Qələbənin sevincini yaşayır.

Sonra gənc əsgərlərin təntənəli andiçmə mərasiminə başanılıb. Onlar vətəni layiqincə qoruyacaqlarına, əsgəri borclarını şərəflə yerinə yetirəcəklərinə and içiblər.

Mərasim şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə başa çatıb.  

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: