Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlikləri arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sənədi nazir Ceyhun Bayramov ilə nazir Sergey Lavrov imzalayıblar.