Putin Nobel Sülh mükafatına namizəd oldu

A- A A+

Nobel Komitəsi Rusiya Prezidenti Vladimir Putini sülh mükafatına namizədlər siyahısına daxil edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya liderini namizəd göstərən akademik, yazıçı Sergey Komkov deyib.

"Məktub aldım, orada “namizədiniz siyahıya daxil edildi" cavabı əksini tapıb", - Komkov bildirib.

Onun sözlərinə görə, namizədlərin ilkin sayı 286 nəfərdir. Akademik, Putinin 2014-cü ildə də Nobel Sülh Mükafatı üçün namizədlər siyahısına daxil edildiyini, daha sonra 278 nəfərin namizəd olduğunu xatırladıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: