Bu gün Rusiya Dövlət Dumasının deputatları ilə görüşən Ermənistan müxalifətinin lideri Nikol Paşinyan xarici siyasətdə prioritetini açıqlayıb.
NUHÇIXAN "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədri müavini Viktor Vodolatskiy N. Paşinyanın xarici siyasətdə prioritetinin Rusiya ilə münasibətlər olacağını bəyan etdiyini bildirib.
V. Vodolatskiy deyib ki, N. Paşinyan Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Ermənistan sərhədlərinin rusiyalı hərbçilər tərəfindən qorunmasının tərəfdarı olduğunu qeyd edib.