ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən həftə 87 mina aşkarlanıb

A- A A+

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, mayın 10-dan 16-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 82, tank əleyhinə 5 mina və 24 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 139,5 hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: