Vətən müharibəsi şəhidinin nəşi ailəsinə təhvil verilib

A- A A+

Vətən müharibəsində itkin düşmüş daha bir hərbi qulluqçunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətlərinin müəyyənləşdirilməklə doğmalarına təhvil verilməsi istiqamətində Baş Prokurorluğun və Hərbi Prokurorluğun rəhbərliyinin nəzarəti ilə intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilir. Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları itkin düşmüş hərbi qulluqçularımızın axtarılması istiqamətində müntəzəm iş aparırlar.

İtkin düşmüş daha bir hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbrahimov Təbriz İsmayıl oğlunun meyiti Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülüb.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər görülür.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: