Biz Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində Cənubi Qafqazda çox səmərəli iş aparmışıq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, RF xarici işlər naziri Sergey Lavrov bu fikri “Novoye znaniye” (“Yeni bilik”) forumundakı çıxışında səsləndirib.
S.Lavrov deyib: “Biz Azərbaycan-Ermənistan münasibətlərinin və bütövlükdə Cənubi Qafqazda vəziyyətin normallaşdırılmasına kömək edirik. Belə bir vaxtda, 1990-cı illərin əvvəlindən Qarabağ münaqişəsi ucbatından bağlı qalan bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının, o cümlədən bizim vasitəçiliyimiz sayəsində, açılması üçün imkan yaranıb”.