ABŞ-ın daha bir şəhərində Azərbaycan Günü elan edilib

A- A A+

ABŞ-ın Florida ştatının Hallandeyl-Biç şəhərinin meri Coy Kuper 2021-ci il mayın 28-nin Azərbaycanın Respublika Günü elan olunması ilə bağlı bəyannamə imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, mer bəyannaməni Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovaya təqdim edib. Özünü Azərbaycanın dostu adlandıran C.Kuper Hallandenl-Biç şəhərinin Azərbaycan icmasınada ev sahibliyi etməsindən qürur hissi keçirdiyini deyib.

C.Kuper dünyada yaşayan 46 milyondan çox azərbaycanlının hər il 28 may tarixini Azərbaycanın Respublika Günü kimi qeyd etməsi ilə azərbaycanlıların öz əcdadlarının mirasına sahib çıxdıqlarını və harada yaşamalarından asılı olmayaraq tarixlərini qoruyub saxladıqlarını deyib.

Mer Cuper 2006-cı ilin 26 oktyabr tarixində yaradılan və Floridada aktiv diaspor fəaliyyəti ilə məşğul olan Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının üzvlərinə uğurlar arzulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: