ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyətinin Ağdama səfəri başlayıb - FOTOLAR
ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyətinin Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, nümayəndə heyətinin ermənilər tərəfindən viran qoyulmuş Ağdam şəhərində Cümə məscidi, İmarət qəbiristanlığı, Çörək muzeyi və Dram Teatrının qalıqları, Şəhidlər xiyabanı ilə tanış olması nəzərdə tutulur.