Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Maşanlı kəndinin videogörüntülərini paylaşıb - VİDEO
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Cəbrayıl rayonunun Maşanlı kəndinin videogörüntülərini paylaşıb.
NUHÇIXAN İnformasiya Agentliyi Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Maşanlı kəndi 1993-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu oktyabrın 19-da kəndi işğaldan azad edib.