Vətən müharibəsinin şəhidi Tovuzda dəfn olunub

A- A A+

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Pərviz Nağıyev Tovuz şəhər qəbiristanlığında dəfn olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mərasimdə şəhidin yaxınları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Şəhidimiz yaylım atəşi altında dəfn olunub. Onun tabutunun büküldüyü üçrəngli bayraq ailəsinə təhvil verilib.

Vətən müharibəsində itkin düşərək sonradan şəhid olduğu bilinən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Pərviz Nağıyev 1991-ci ildə Aşağı Öysüzlü kəndində anadan olub. Onun 6 və 4 yaşında oğulları yadigar qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: