Şəhid Qənbər Qənbərlinin nəşi Tərtərdə torpağa tapşırılıb - FOTOLAR

A- A A+

Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş Azərbaycan Ordusunun baş leytenantı, Tərtər rayonunun Kəngərli kənd sakini Qənbərli Qənbər Bəhruz oğlunun nəşi doğulduğu kənddə torpağa tapşırılıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, dəfn mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak edib. Mərasimdə bildirilib ki, torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə əldə edib, 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən azad olunub. Şəhidlərimizin xatirəsi heç vaxt unudulmayacaq və gələcək nəsillərə qəhrəmanlıq nümunəsi olacaq.

Şəhidimiz yaylım atəşi altında dəfn olunub. Onun tabutuna bükülən üçrəngli Azərbaycan bayrağı ailəsinə təhvil verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: