Hakimiyyətə dəstək azalır, müxalifətin reytinqi artır - Ermənistanda

A- A A+

Ermənistanda hakim siyasi qüvvəyə dəstək azalır, müxalifətin isə reytinqi durmadan artır. NUHÇIXAN İnformasiya Agentliyi Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, MPG / Gallup tərəfindən aparılan sorğunun nəticələri bunu sübut edir.

Sorğuya görə, əgər seçkilər bu bazar günü keçirilərsə, respondentlərin cəmi yüzdə 24,8-i hakim “Mənim addımım” blokunu dəstəkləyəcəkdir. Halbuki, aprelin sonunda yüzdə 27,2-dən çoxunun hakim bloku dəstəklədiyi bildirilir. Qeyd olunur ki, keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku respondentlərin yüzdə 14,3-ü tərəfindən dəstəklənib, hansı ki, aprel ayının sonunda bu rəqəm yüzdə 8,1 idi. Sorğunun nəticələrinə görə, üçüncü yeri 4.1 faizlə “Çiçəklənən Ermənistan” partiyası tutur.

“Mənim şərəfim var” bloku yüzdə 3,1, “Cumhuriyyət partiyası” yüzdə 2,5, “Aydınlanmış Ermənistan” partiyası yüzdə 2,0 və Şirinyan - Babacanyan bloku yüzdə 1,6, “Hayots Hayrenik Partiyası” yüzdə 1,2, “ANC yüzdə 1,1, “Sasna Tsrer Partiyası” yüzdə 0,6, “Hərəkat” yüzdə 0,5, “Milli Demokrat” yüzdə 0,4, “Vətəndaş Qərar Partiyası” yüzdə 0,4, “Ədalətli Ermənistan Partiyası” yüzdə 0,4, “İttifaq Partiyası” yüzdə 0,4 və “Ermənistan Kommunist Partiyası” yüzdə 0,1 respondent dəstəyi qazanıb. Respondentlərin yüzdə 13-ü cavab verməkdən imtina edib, yüzdə 14,6-sı cavab verməkdə çətinlik çəkib.

Qeyd olunur ki, respondentlərin yüzdə 13,4-ü seçkilərdə heç kimi dəstəkləməyəcəklərini açıq-aşkar söyləyiblər.

Sorğu iştirakçılarından, 2018-ci ilin aprel-may hərəkatında şəxsən iştirak edib-etməmələri barədə soruşduqda, respondentlərin yüzdə 47-si müsbət, 53-ü mənfi cavab verib.

Qeyd olunur ki, sorğu 18-21 may 2021-ci il tarixlərində telefon danışıqları üsulu ilə aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: