Dağlıq Qarabağda döyüş əməliyyatları zamanı itkin düşənlərin və məhv edilənlərin cəsədlərinin axtarışı bərpa olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.
Məlumata görə, xilasetmə qrupu Füzuli bölgəsində axtarış işləri aparır.
Qeyd edək ki, axtarışlar mayın 4-də dayandırılmışdı. Atəşkəs bəyanatı imzalanandan bəri ümumilikdə Qarabağda 1553 erməninin cəsədi və qalıqları tapılıb.