Nazir Ceyhun Bayramov Avstriya - Azərbaycan Ticarət Palatası və Avstriya - Azərbaycan Əməkdaşlıq Şurasının nümayəndələri ilə görüşüb

A- A A+

Mayın 25-də Avstriyaya işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avstriya - Azərbaycan Ticarət Palatası və Avstriya - Azərbaycan Əməkdaşlıq Şurasının nümayəndələri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, görüşdə nazir münaqişədən sonra regionda yaranmış yeni reallıqlar, işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması, qeyd olunan ərazilərdə yeni texnologiyaların tətbiqi ilə "yaşıl enerji zonasının" yaradılması, "ağıllı şəhər" və "ağıllı kənd" layihələri barədə məlumat verib.

Avstriya şirkətlərinin qeyd olunan layihələrdə iştirakının mümkünlüyü qeyd olunub və bu xüsusda konkret təkliflərin irəli sürülməsi məsləhət görülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: