Çikaqo şəhərinin meri 2021-ci il mayın 28-ni Azərbaycan Respublika Günü elan edib

A- A A+

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərinin meri Lori Laytfut 2021-ci il mayın 28-ni Azərbaycan Respublika Günü elan olunması haqqında bəyannamə imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin üzvlərinə ünvanlanmış bəyannamədə Çikaqonun Azərbaycan icması üzvlərinin müxtəlif sahələrdə şəhərin mədəni və iqtisadi inkişafına töhfə verdiyi bildirilir.

Diqqətə çatdırılır ki, ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzi Çikaqo ilə Azərbaycan arasında olan mədəniyyətlərin mübadiləsində və insanların qarşılıqlı anlaşmasında mühüm rol oynayıb.

Qeyd olunur ki, 2021-ci ilin may ayanın 28-də ABŞ-da yaşayan azərbaycanlılar Azərbaycan Demokratik Respublikasının yaranmasının 103-cü ildönümünü qeyd edəcəklər və bununla əlaqədar Çikaqo şəhərində mayın 28-i Azərbaycan Respublika Günü elan edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: