Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komandir hazırlığı məşğələsi keçirilib - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələsi keçirilib.

Komandir hazırlığında bölmələrdə “Günün nizam qaydaları”na uyğun tədbirlərin icra olunması üzrə keçirilən nümayiş məşğələdə qalx komandasından yat komandasınadək şəxsi heyətin yerinə yetirdiyi tapşırıqlar və icra etdiyi fəaliyyətlər nümayiş etdirilib. Şəxsi heyətin sağlamlığı və qidalanmasına nəzarət, şəxsi gigeniya və təmizlik tədbirlərinin yerinə yetirilməsi, sıra baxışı və yerbəyerin təşkili, fiziki və sıra hazırlığının, ictimai-siyasi və hüquqi maarifləndirmənin keçirilməsi, qarovul və sutkalıq naryadın hazırlanması, müstəqil hazırlıq və döyüş hesabatının çatdırılması, həmçinin “Günün nizam qaydaları”na uyğun digər tədbirlər nümayiş məşğələdə öz əksini tapıb.

Məşğələ zamanı “Vətən müharibəsinin nəticələrinin Hərbi Hava Qüvvələri baxımından təhlili” mövzusunda dərs keçirilib.

Komandir hazırlığının sonunda zabitlərin hərbi topoqrafiyadan nəzəri bilikləri və fiziki hazırlığının səviyyələri yoxlanılıb.

Əlahiddə Ümumqoşun OrdununTəlim-Tədris Mərkəzində keçirilən yekunda bildirilib ki, məqbullar götürülən zaman hərbi hissə komandirləri və müavinləri komandir hazırlığından yüksək nəticə göstəriblər.

 

Kənan Cəlilov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: