"Washington Times" Azərbaycanın Respublika Günündən yazıb

A- A A+

Amerika–Azərbaycan Şurasının rəhbəri Cavid Hüseynovun təşəbbüsü ilə "Washington Times" qəzetində "Azərbaycan demokratik yol açdı" sərlövhəli məqalə dərc edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə  verilən məlumata görə, Serpil Gülsenin qələmə aldığı məqalədə bildirilir ki, mayın 28-də Azərbaycan mənşəli amerikalılar Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümünü qeyd edəcəklər. Məqalədə əhalisinin əksəriyyətinin müsəlman olduğu ilk dünyəvi və demokratik respublikanın 23 ay ərzində əldə etdiyi nailiyyətlər sadalanıb, 1919-cu ildə qadınlara səsvermə hüququ verdiyinə, etnik, irqi və dini fərqlərdən asılı olmayan vahid vətəndaş kimliyinin inkişafına yol açdığına diqqət cəlb edilib.

1919-cu il Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyəti ilə görüşündən sonra ABŞ Prezidenti Vudro Vilsonun təəssüratlarını bölüşərkən azadlıq və ədalət fikirləri və anlayışları mövzusunda Azərbaycan liderlərinin "eyni dildə danışdıqlarını" vurğuladığı yada salınıb.

İkinci Dünya müharibəsindən sonra Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının sürgün edilmiş bəzi nəsillərinin Nyu Cersidə məskunlaşdıqları, 1957-ci ildə Amerika–Azərbaycan Cəmiyyətini təsis etdikləri, Cümhuriyyətin irsini qoruyub saxladıqları nəzərə çatdırılıb.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.washingtontimes.com/news/2021/may/20/letters-to-the-editor-azerbaijan-paved-democratic-/ 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: