Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Vladimir Zelenski 28 May - Respublika Günü münasibətilə Twitter səhifəsində təbriki zamanı söyləyib.
Ukrayna Prezidenti iki ölkə arasında strateji tərəfdaşlığı yüksək qiymətləndirdiyini bildirib. “Ukrayna və Azərbaycan arasında ikitərəfli tərəfdaşlığa dair dialoqun davam edəcəyinə inanıram”, - deyə Vladimir Zelenski əlavə edib.
Vladimir Zelenski təbrikində Ukraynanın dövlət müstəqilliyinin 30 illiyi münasibətilə keçiriləcək rəsmi tədbirdə Azərbaycanın təmsil olunacağını səbirsizliklə gözlədiyini də vurğulayıb.